Sumqayıtda 5 mərtəbəli binada ev partladı, yaralılar var (FOTO)
10.07.2015 604 0.0 0

Sumqayıt bu səhəri partlayışla açıb. Məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin 34-cü məhəllə, Sülh küçəsi mənzil 16 ünvanında baş verib. 

Məlumata görə partlayış 1963-cü il təvəlüdlü Qardanova Svetlana Eyyub qızının evində ilkin ehtimala görə, qaz sızmasından partlayış olub. Qeyd edək ki, qadın özü bu evdə yaşamayıb. O evini kirayə verib. 

Partlayışın gücündən mənzilin eyvanı demək olar ki, tamamilə dağılıb. Evin əşyaları və dağıntılar isə binanın həyətində böyük əraziyə yayılıb. 

Hadisə nəticəsində kirayəşinlər - Pənahəliyev Əkrəm Cəmil oğlu, Rusiya vətəndaşları 1985-ci il təvəllüdlü Lazareva Kristina Boris qızı, 2006-cı il təvəllüdlü Lazarev Zaur Davud oğlu və 2007-ci il təvəlüdlü Lazerev Vladimir Davud oğlu xəsarət alıblar.

Onların təcili tibbi yardım vasitəsi ilə Bakıya xəstəxanaaya çatdırılıblar.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Hadisənin hansı səbəbdən baş verdiyi aparılan araşdırmadan sonra dəqiq məlum olacaq.Dağıntılar bir neçə metr ərazidə səpələnib və hadisə 4 nəfərin yaralanması ilə nəticələnib./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar