«Stiven Siqalın belə olmağını gözləmirdim» - Rafael Ağayev
22.09.2015 828 0.0 0

Amerikalı məşhur aktyor və aykido ustası Stiven Siqal arzusuna çatdı. Bu gün o bizim əfsanəvi karateçi, dördqat dünya çempionu, rəsmən “Dünya karatesinin brilliantı” adlandırılan Rafael Ağayevlə görüşdü.

Qazeta.info bildirir ki, bunu görüş barədə öz təəssuratlarını bölüşən Rəfael Ağayev ATV.Az-a söyləyib.

O, bildirib ki,  “Mənə zəng edib dedilər ki, Stiven Siqal səni axtarır. Doğrusu, məşqə qetməli idim. Buna görə də yığma komandamızın baş məşqçisi Rəhman Hətəmovdan icazə alıb gəldim görüşə. Etiraf edim, Stiven Siqalın belə olmağını gözləmirdim. O mən gözlədiyimdən daha nəhəng və hündür idi. Onun mənimlə səmimi söhbəti xoşuma gəldi. Mənə bildirdi ki, çıxışlarımı çoxdan izləyir və döyüş üslubum onun xoşuna gəlir”.


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar