Stiven Kinq şəxsi evini qorxu muzeyinə çevirəcək
22.10.2019 90 0.0 0

Məşhur Amerika yazıçısı Stiven Kinq öz evini əsərlərinin motivləri üzrə dəhşət muzeyinə çevirmək niyyətindədir.

Bu barədə xarici mətbuata istinadən xəbər verilir.

Bildirilir ki, qorxu əsərlərinin kralı Men ştatındakı malikanəsini muzeyə çevirməklə bağlı hakimiyyət orqanlarından rəsmi icazə alıb. Məlumata görə, onun qorxunc süjetlərinin pərəstişkarları muzeyə baş çəkə biləcəklər.

Kinq çoxsaylı əsərlərinin artefaktlarını yığaraq Banqor şəhərciyindəki evini unikal muzeyə çevirməyi planlaşdırır. Güman edilir ki, bu unikal muzeyə ilham axtaran ədəbiyyatçılar baş çəkəcəklər.

Qeyd edək ki, Stiven Kinq ötən il dünyada ən çox gəlir əldə edən yazıçılar arasında lk üçlükdə yer alıb. Belə ki, "Forbes" jurnalı 2018-ci ilin 11 ən çox qazanc əldə edən yazıçılarının adlarını açıqlayıb. Onlar ABŞ-da 24,5 milyon ədəd kitab sata biliblər və bunun müqabilində 283 mln. dollar qazanıblar. Siyahıda ilk pilləni Ceyms Patterson (86 mln. dollar), ikinci yerdə 54 mln. dollar qazanan Coan Rolinq, üçüncü yerdə 21 mln. dollar gəlirlə "dəhşətlər kralı" Stiven Kinq qərarlaşıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar