Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılır
24.02.2018 881 0.0 0

ABŞ-da Apple korporasiyasının təsisçisi Stiv Cobsun işə qəbul barədə ərizəsi 50 min dollar start qiyməti ilə hərraca çıxarılacaq.

Trend-in məlumatına görə, hərrac Boston şəhərində baş tutacaq.

Cobsun həmin ərizəni 18 yaşında olarkən yazdığı bildirilir.

Sənəddə onun ixtisası elektron texnologiyalar üzrə mühəndis və mühəndis-layihəçi olaraq göstərilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar