Şoyqu oktyabr ayında Şimali Koreyaya səfər edə bilər
10.10.2019 459 0.0 0

Moskva və Pxenyan ayın sonunda Rusiyanın müdafiə naziri Sergey Şoyqunun KXDR-ə səfərinin təşkili imkanlarını araşdırırlar.

Məlumata görə, səfər zamanı Şoyqu Xalq Silahlı Qüvvələri naziri No Qvan Çxol ilə görüşməyi planlaşdırır. Tərəflərin ABŞ və KXDR arasındakı denuklearizasiya ilə bağlı danışıqları fonunda müdafiə sektorundakı əməkdaşlığı, həmçinin Koreya yarımadasındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir. NHK telekanalının məlumatına görə, Pxenyana səfərdən əvvəl Rusiya müdafiə nazirliyinin rəhbəri Çinə də səfər edəcək.

Qeyd edək ki, Şoyqu və No Qvan Çxol apreldə Moskva beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində bir araya gəlmişdirlər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar