Soydaşlarımıza xoş xəbər (VİDEO)
27.03.2015 1054 0.0 0

Rus rublu dollara nisbətən bahalaşıb.

ANS TV-nin məlumatına görə, dünya bazarlarında neft qiymətlərinin 55 dollar səviyyələrində sabitləşməsi və Ukraynadakı atəşkəs ən çox rus rublunun işinə yaradı. Belə ki rus rublu son 3 aydan bəri Amerika dolları qarşısında ən yüksək dəyərini yaşayır.

Rusiya iqtisadiyyatında bugünlər sanki bir bahar havası yaşanır. Dünya bazarlarında neft qiymətlərinin bahalaşması ve Rusiya Mərkəzi Bankının son açıqlamaları ilə birlikdə bu gün Rusiyada bir Amerika dolları 80 rubldan 56 rubla qədər düşüb. Rus rublunun xarici valyuta qarşısında bahalaşması insanlar arasında milli valyutanın daha da güclənəcəyi, dollar və avronun isə düşəcəyi ümidlərini artırdı. Rusiya Mərkəzi Bankı da son iki ildə ilk dəfə yanvar ayında vətəndaşlar tərəfindən xarici valyuta satışı həcminin valyuta alışını keçdiyini açıqladı. Ancaq bu açıqlamaya pesimist yanaşanlar da az deyil. 

Belə ki, onlara görə il sonunda rublun ani dəyər itirməsi səbəbindən kütləvi şəkildə dollar alan vətəndaşlar indi günlük xərcləri üçün valyutanı yenidən rubla çevirmək məcburiyətindədirlər. Ekspertlər də hələki iqtisadi böhranın başa çatmadığı qənaətindədirlər. 

İqtisadçı ekspert Denis Tyurin təəssüflənir ki, bununla iqtisadi böhranın başa çatdığını demək hələlik mümkün deyil. 

“Rublun dollar qarşısında dəyər qazanması qısa müddətlidir və müvəqqəti səbəblərə görə baş verməkdədir. Ancaq bu prosesin daimi olacağını demək üçün heç bir əsas yoxdur. Çünkü neft qiymətlərinin kəskin şəkildə artması indiki şərtlərdə mümkün deyil. Bu isə böhranın hələ uzun zaman davam edəcəyindən xəbər verir”, - deyə Denis Tyurin açıqlayıb. 

Rublun son günlər dollar qarşısında bahalaşmasının digər bir səbəbinin də ay sonu olduğu üçün şirkətlərin vergi ödəmək məqsədi ilə xarici valyutaları satıb rubl alması olduğu göstərilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar