Sosial şəbəkələrin «öldürdüyü» Murad Dadaşovdan açıqlama (VİDEO)
31.07.2015 671 0.0 0

Sosial şəbəkələrin "öldürdüyü" şoumen Murad Dadaşov şayiələrə özünəməxsus cavab verib. 

Məlumata görə, ilk reaksiyası qarğış olan əməkdar artist, artıq baş verənlərə komik yanaşır. Hazırda Qubada ən bahalı istirahət mərkəzlərinin birində dincələn Dadaşov, ölüm xəbərini yayanlara ilk olaraq “Ölüm xəbərini yazanların ailəsi ilə bahəm, Allah cəzalarını versin” yazaraq qarğış edib. Bu şərhi o "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun digər üzvü ilə Cabir İmanovla fotosu ilə birgə paylaşıb. 

 

Lakin bir neçə saat sonra foto və şərhi silib, baş verənlərə komik yanaşma tərzi nümayiş etdirib. 

Şoumen sosial şəbəkələrdəki səhifələrinə "hesab edin ki, bu rəsmi açıqlamadır" yazaraq, komik türk aktyoru Cem Yılmazın qəzetlər barəsində monoloqundan kiçik bir fraqment yerləşdirib.

 

 

Cem Yılmaz - "Bir Tat, Bir Doku" tamaşaçından "İnsan qazet oxuduqdan sonra siqaret yandırarmı?" hissəsi

 

 

Murad Dadaşov ölüm xəbərlərini yayanlara qarğış etdi: “Ölüm xəbərini yazanların ailəsi ilə bahəm, Allah cəzalarını versin./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar