Sosial şəbəkələrin işində qüsurlar yaranıb
31.10.2019 533 0.0 0

"Facebook", "WhatsApp" və "İnstagram" sosial şəbəkələrinin istifadəçiləri xidmətlərin işlərində qüsurlarla üzləşiblər.

Məlumata görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Portalın məlumatına əsasən, texniki qüsurlar əsasən ABŞ, Braziliya, Birləşmiş Krallıq, Almaniya, Hollandiya və İtaliyada müşahidə edilir.

Bildirilir ki, istifadəçilərin əsas şikayətləri sosial şəbəkələrin xəbər lentinə və eləcədə öz hesablarına daxil ola bilməmələri ilə əlaqədardır.

Hər üç sosial şəbəkə xidmətləri "Facebook"-ka məxsusdur./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar