SON DƏQİQƏ! Azərbaycanda Milli Məclis buraxıldı
28.11.2019 560 0.0 0

YAP-ın Siyasi Şurasının təcili iclasında sensasion qərar qəbul edilib.

Qazeta.info "Qafqazinfo"-ya istinadla xəbər verir ki, iclasda parlamentdəki çoxluq Milli Məclisin buraxılması ilə bağlı qərar qəbul edib.

Bu qərar mövcud parlamentin dövlət başçısının hazırda həyata keçirdiyi siyasətə adekvat olmaması və son aylar ölkədə aparılan islahatlardan geri qalması ilə əsaslandırılıb.

Yaxın saatlarda YAP-ın deputatlarının birgə iştirakı ilə iclas keçiriləcək.

Sabah isə Milli Məclisin iclasında hakim partiyanı təmsil edən çoxluq bu barədə məsələ qaldıracaq. Prezidentə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı müraciət qəbul olunacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar