Son bölüm-«Kurtlar Vadisi »başa çatır (VİDEO)
12.03.2015 1133 0.0 0

ildir yayımlanan "Kurtlar Vadisi" serialı başa çatır.

Məlumata görə, 2003-cü ilin yanvarında "Show TV"-də "Bu bir mafiya serialıdır" şüarıyla başlayan və çox sayda kanal dəyişdirən "Kurtlar Vadisi" serialı ekranlara vida etməyə hazırlaşır.

Müxtəlif təbəqələrin insanları tərəfindən maraqla izlənilən və 12 ildir davam edən serialın sevilən qəhrəmanı Polat Alemdar yorulub. Bu axşam yayımlanacaq serialın 250-ci bölümü kinonun finalı olacaq. 

Türkiyə mətbuatı yazır ki, "Kanal D"-də yenicə yayımlanan və "Kurtlar Vadisi"nə oxşar çəkilən "Qara qutu" serialı Polat Alemdarın kinosunu əvəz edəcək. Necati Şaşmazın sahibi olduğu şirkət bütün gücünü "Qara qutu" serialına yönəldəcək. 

Filmin son bölümün anonsunda Polat Alemdarın snayperlə vurulduğu əks olunub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar