ŞOK QALMAQAL: Vitse prezident, kokain və fahişələr... (VİDEO,FOTO)
27.07.2015 1144 0.0 0

Britaniyada Lordlar Palatasının vitse spikeri Baron Lord Sevelin qalmaqallı videosu yayılıb. Məlumata görə, vitse-spikerlə bağlı ifşaedici material The Sun Tabloid qəzetində bazar günü dərc olunub.

Biabırçı görüntülər 69 yaşlı Lord Londondakı evində təşkil etdiyi seks partisidə çəkilib. Videoda o iki fahişə ilə birlikdə narkotik istifadə edir. Videoyazıda siyasətçinin kokaini fahişənin sinəsində bürulmuş 5 funtluq əskinas vasitəsilə burnuna çəkdiyi əks olunub.

 

Evli və ikisi ögey olmaqla dörd uşaq atası olan Lord Sevel narkotikin təsiri altında “yolumu azmaq istəyirəm" deməsi açıq-aydın eşidilir.
 

Lordun intim görüntüsü


Lord 45 dəqiqəlik videoda bir çox qalmaqallı ifadələr işlədib. "Bu axşam gənç asyalı bir qadın tapa bilərdik, amma boş verin, artıq gecdir. Asiyalı qadınlar məsum görünsələr də, əslində fahişədirlər" - deyərək, Asiya qadınlarını alçaldan ifadələr işlədir.

Qəzetin araşdırmasına görə, Lord Sevel fahişə qadınlara 200 funt sterlinliq ödəyib.


Lordun fahişələr üçün imzaladığı 200 sterlinqlik çek


Lord Sevel İngiltərənin keçmiş baş naziri Toni Bleyerlə yaxınlığı ilə tanınır. Baron Sevel Lordlar Palatasında lordların davranış standartlarına cavabdehlik daşıyan Lordların Etika Komitəsinə rəhbərlik edir.

Lord Sevel bu ayın əvvəlində "Huffington Post" qəzeti üçün hazırladığı məqaləsində özlərini zadəgan tituluna uyğun aparmayanların Lord titulundan məhrum edilməsi təklifini irəli sürmüşdü.

Məqaləsində, "Cəmiyyətin azlıq təşkil edən zadəganlar təbəqəsi davranışlarına xüsusi diqqət yetirməlidirlər. Bir lordun qeyri-etik davranışı bizim imicimizi riskə atır. Qalmaqallarla qəzet manşeti olurlar"- deyən Sevelin özünün bu vəziyyətə düşməsi və videosunun çəkilərək mediaya ötürülməsinin ardında kimlərin və nələrin durduğu isə hələ bəlli deyil.

 

 

 

Lordlar palatasının spikeri baroness D'Souza lord Sevelin vitse-spikerliklə yanaşı İmtiyazlar komitəsinin sədri vəzifəsindən də istefa verdiyini bildirib.

Baroness D'Souza artıq keçmiş müavinin hərəkərlərindən şoka düşdüyünü deyərək bu işin polisə ötürüldüyünü bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar