Şok hadisə - Hakim futbol meydanında silah çəkdi-VİDEO
29.09.2015 881 0.0 0

 

Futbol meydanlarında baş verən qalmaqallı hadisələr həmişə müxtəlifliyi və fərqliliyi ilə yadda qalır.Bu meydanlarda nələr baş verir nələr.Əlbəyaxa savaşlar, kütləvi davalar, qadınların azarkeşlik etdiyi komanda üçün soyunmaları və s. Əgər futbolda bütün baş verə biləcək hadisələrin hamısını gördüyünüzü düşünürsünüzsə yanılırsınız.

Qazeta.info Türkiyə mətbuatına istinadla bildirir ki, Braziliyada ötən həftə sonu oynanan bir futbol yarışmasında hakim Gabriel Murta özünə etiraz edən texniki oyunçuya silah çəkib.

Yaşanan bu şok edici hadisə sonrası sakinləştirilən hakim sahədən uzaqlaşdırılıb.Lakin hakimə hələ ki cəza verilməyib.Futbol federasiyası silah çəkən hakimin cəzasını verməzdən əvvəl psixoloji testin nəticəsini gözlədiyi ifadə edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar