SOCAR Yunan şirkətinin səhmlərini almaq üçün danışığı davam etdirir
05.02.2015 707 0.0 0

 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Yunanıstanın DESFA şirkətinin

səhmlərinin alınması prosesinin ilkin qiymətləndirilməsində Avropa Komissiyasının

etdiyi qeydlərin nəzərə alınması ilə bağlı qarşılıqlı razılaşdırılmış qərarın işlənib

hazırlanması məqsədilə Avropa Komissiyası ilə sıx əməkdaşlığı davam etdirir.
 

Qazeta.info bildirir ki, Avropa Komissiyası məsələnin nəzərdən keçirilməsinin

formal dövrü çərçivəsində

“saatı durdurmuşdur”. Bu isə tərəflərin hər ikisini qane edə bilən qərarın qəbul

edilməsi və məsələnin Avropa Komissiyası tərəfindən gələcəkdə təhlil edilməsi

üçün əlavə vaxt verəcək. Prosesin bu şəkildə müvəqqəti dayandırılması şirkətlərin

birləşməsi və ya alınması üzrə sövdələşmələrin nəzərdən keçirilməsi zamanı

müşahidə olunan adi hallardan biridır. 

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yekun qərarın Avropa Komissiyasının

preroqativi olduğu bu sövdələşmənin nəzərdən keçirilməsi prosesində bu günə kimi

əldə olunmuş irəliləyişi müsbət qiymətləndirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar