SOCAR-ın konsolidə edilmiş borcu 6 mlrd. dolları ötüb
27.04.2016 588 0.0 0

SOCAR-ın konsolidə edilmiş borcu 6,3 mlrd. dollar təşkil edir. “APA-Economics” xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.

S. Qasımov qeyd edib ki, bura həm xarici, həm daxili borclar aiddir.
 
SAAT 15:32
 
 SOCAR 2015-ci ildə mənfəət əldə etməyib.
 
"APA-Economics" xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Süleyman Qasımov bildirib.
 
S. Qasımov qeyd edib ki, dövlət şirkətinin ili zərərlə başa vurmasına bir neçə səbəb var: "Dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi, eyni zamanda manatın devalvasiya olunması nəticəsində SOCAR ötən ili 1 milyard manatdan artıq zərərlə başa vurub. Buna baxmayaraq, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik. Beləliklə, deyə bilərik ki, şirkət ötən ili sıfır mənfəətlə başa vurub".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar