SMS-ə görə pul silinməyəcək
14.03.2015 639 0.0 0

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Telekommunikasiya haqda” qanuna dəyişikliklərin tətbiqi ilə bağlı təkliflər hazırlayıb.

Qazeta.info Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadla bildirir ki, təkliflərin hazırlanmasına səbəb rabitə xidmətləri istehlakçılarının çoxsaylı şikayətləri olub.

Belə ki, şikayətlərin əksəriyyəti mobil rabitə operatorlarının SMS müsabiqələr və digər xidmətlər vasitəsi ilə müştərilərin hesabından pulları silməsi, göstərilməyən xidmətlərin haqqının tələb edilməsi, müqavilələrin müştərinin tələb etmə hüququnu minimuma endirməsi, internet xidmətlərinin fasiləsiz yüksək səviyyədə təmin edilməməsi  ilə  bağlıdır.

Bundan başqa, İnternet provayderləri və mobil rabitə operatorları təqdim etdikləri xidmət tariflərini lazımi şəkildə və istənilən müştərinin başa düşəcəyi dildə tərtib edilmədiyi istehlakçıların hüquqlarını pozur. Bununla bağlı, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə rabitə xidmətlərinə olan tariflərin tənzimlənməsi ilə bağlı təkliflər hazırlamaq təklif edilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar