Siyavuş Novruzov Milli Şuranın mitinqin belə qiymətləndirdi
05.04.2015 825 0.0 0
 “Milli Şura bu gün mitinq yox, piket keçirirdi. Ora toplaşan adamlar da təşkilatçıların qohum-əqrəbası idi. Eyni sözlər, eyni fikirlər səsləndirirdilər. Cəmiyyətə bir dənə də olsun düzgün informasiya çatdırmadılar”.

 

Bunu  açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.

 

S. Novruzov mitinqdə səslənən fikirləri yalan və böhtan adlandırıb: “Dediklərinin hamısı yalan, Azərbaycana qarşı erməni mənbələrinin yaydığı fikirlər idi. İstər Avropa oyunları, istərsə də digər məsələlərlə bağlı yalan danışırlar. Müxalifət gərək çıxışında alternativ təklif də irəli sürsün. Onlar isə heç bir alternativ fikir irəli sürmür, ancaq demaqoqluqla məşğul olurlar. Fikirləri heç bir əsasa söykənmir. Ona görə də cəmiyyətin belə perspektivsiz, mənasız, məzmunsuz mitinqlərə heç bir ehtiyacı yoxdur”./apa/

 

Əlavə olaraq bildirək ki, millət vəkili məsələ ilə əlaqədar virtualaz.org saytına açıqlama verərkən bildirib ki, "Əli Kərimli bu gün yenə şou düzəltdi. Bu, mitinq yox, elə bil toy idi".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar