Sisidən qalmaqallı Türkiyə qərarı
18.05.2015 583 0.0 0

Misir hökuməti yaşları 18 ilə 40 arasında olan qadın vətəndaşlarının Türkiyəyə səfər etməsini məhdudlaşdırıb. 

Məlumata görə, Misir hökumət rəsmilərindən biri 72 saat davam edən araşdırma nəticəsində verilən xüsusi buraxılışla Türkiyəyə səfər edilməsinə izn verildiyini açıqlayıb. 

Qadağaya, misirlilərin Türkiyə yoluyla Suriyaya keçərək “cihadçı”lara qoşulmaqları səbəb göstərilib. 

Qahirə hava limanının əməkdaşları isə qərarın cüməaxşamı günü qüvvəyə mindiyini açıqlayıblar. 

Eyni məhdudiyyət 2014-cü ilin dekabr ayında 18-40 yaş arasında olan kişilər üçün qoyulmuşdu. Kişilərin də ölkədən çıxması ancaq təhlükəsizlik qüvvələrinin verdiyi xüsusi buraxılış sənədi ilə mümkündür. 

Xatırladaq ki, general Əbdülfəttah Sisinin hərbi dövlət çevrilişi yoluyla hakimiyyəti ələ keçirməsindən sonra Türkiyə ilə Misir arasında siyasi gərginlik başlayıb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar