Şirvanda 7 otaqlı ev zirzəmisindəki 2 avtomobillə birlikdə yanıb
04.11.2016 898 0.0 0

Şirvanda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, yanğın şəhərdə vətəndaşa məxsus ümumi sahəsi 306 m2 olan birmərtəbəli 7 otaqlı evin zirzəmisində baş verib. Nəticədə zirzəmidəki 2 ədəd “QAZ” markalı minik avtomobillərinin yanar hissələri və 4 otağın yanar konstruksiyaları 153 m2 sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar