Siqaretlər bahalaşıb
21.01.2017 1059 0.0 0

Azərbaycanda pərakəndə satışda olan tütün məmulatlarının qiyməti artıb.

 

Məlumata görə, siqaretlərin qiymətində orta hesabla 10-20 qəpiklik artım müşahidə olunur.

 

Satıcılar deyir ki, qiymət artımı bütün markalara şamil olunub. Onların sözlərinə görə, qiyməti 2 manatadək olan siqaretlər 10 qəpik, 2 manatdan yüksək olanlar isə 20 qəpik bahalaşıb.

 

Pərakəndə satış ilə məşğul olanlar qiymət artımını tütün məmulatların nağd pulla topdan satışının qadağan olunması ilə izah edir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar