Siqaret çəkmək daha çox hansı vaxt təhlükəlidir?
16.01.2016 794 0.0 0

İsti havada siqaret çəkmək təzyiq və ürək-damar xəstəlikləri riskini artırır.

Atatürk Universitesi Tibb Fakültəsi Döş Xəstəlikləri Fundamental elm sahəsi üzrə rəhbər, prof., dr. Leyla Sağlam yayda isti havada siqaret çəkməyin daha təhlükəli olduğunu qeyd edib. Onun sözlərinə görə, təzyiq, ürək-damar xəstəlikləri isti havada risk altında olmaqla yanaşı belə hava şəraitində siqaret çəkilməsi bu riski daha da artırır.

Leyla Sağlam Dünya Sağlamlıq Təşkilatının 31 may gününü siqaretsiz gün olaraq qəbul etməsi ilə bu məsələyə diqqətin biraz da artdığını, builki mövzunun isə tütün məhsullarının qeyri-qanuni ticarəti ilə bağlı olduğunu vurğulayıb.

Aparılan tədqiqatlarda qeyri-qanuni yollarla əldə edilən siqaretdən istifadənin 10 faiz nisbətində olduğu təxmin edilir. Ölkələr üzrə bu nisbət fərqli ola bilər.

Siqaretin səbəb olduğu əsas xəstəliklər sırasında ağciyər xərçəngi, ürək-damar xəstəlikləri, xroniki ağciyər xəstəlikləri yer alır. Siqaretdən istifadə müddətinin də önəmli olduğunu qeyd edən mütəxəssis siqaretin uzun illər ərzində çəkilərsə, risklərinin də artdığına diqqət çəkib.

Siqaret xərçəng xəstəliyinə səbəb olur

Siqaretdən istifadənin bədəndə bərpası mümkün olmayan zərərlərə səbəb olduğunu dilə gətirən L.Sağlam ağciyər xərçəngi başda olmaqla siqaretin bütün orqanların xərçəng riskini artırdığını söyləyib. Xüsusilə də sidik kisəsi xərçəngi bu qəbildəndir.

Uşaqlar da risk altındadır

Habertürk.com saytının məlumatına görə, L. Sağlam siqaret çəkənlərin verdiyi zərər baxımından xüsusilə uşaqların böyük risk qrupu altında olduğunu vurğulayıb. Çünki siqaretdən qaynaqlanan ölümlərin 10 faizini uşaqlar təşkil edir. Uşaqlar siqaret çəkmədikləri halda sadəcə siqaretin tüstüsündən zəhərlənərək belə bir aqibət yaşamağa heç layiq deyillər. Bu səbəbdən siqaret çəkən yetişkinlər, ana-atalar, həkimlər, müəllimlərin üzərinə çox böyük məsuliyyət düşür. Hər kəs bu məsuliyyəti dərk edib əməl etsə, daha sağlam və xoşbəxt ailəyə sahib oluna biləcəyini qeyd edən mütəxəssis siqaretin həmçinin qadınlara da çox zərər verdiyini deyib. Bu, dərinin yaşlanması, sonsuzluq kimi problemlərə gətirib çıxara bilər. Qadınların genetik quruluşu səbəbilə də siqaretdən istifadə onlara ziyandır. L.Sağlamın sözlərinə görə, qadınlar arasında siqaret istehlakı daha aşağı nisbətdə olduğu üçün onlar siqaret istehsalçılarının hədəf kütləsi halına gəlirlər. Siqaret istifadəsinə meyli artırmaq üçün müxtəlif yollara baş vurulur, asılılıq yaradan maddələrdən istifadə edilir./saglamolun/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar