Şimon Peres insult əlaməti ilə xəstəxanaya yerləşdirilib
13.09.2016 632 0.0 0

 İsrailin sabiq prezidenti Şimon Peres insult əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
 
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə yerli “Onuncu kanal” telekanalı məlumat yayıb.  
 
“Onun vəziyyəti stabildir və huşu özündədir”, - deyə telekanal 93 yaşlı siyasətçinin ofisinə istinadən bildirib.   
 
Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.  
 
Belarusda anadan olmuş Şimon Peres iki dəfə İsrailə rəhbərlik edib.  
 
Şimon Peres (həmçinin İsrailin o zamankı prezidenti İtshak  Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar