Şimali Koreyadan yeni nüvə sınağı XƏBƏRDARLIĞI - Yaxın günlərdə
10.10.2017 290 0.0 0

Şimali Koreya oktyabrın 10-dan 18-dək növbəti nüvə sınaqlarını keçirə bilər.

Məlumata görə, bu gün Pxenyanda hakim Əmək partiyasının yaranmasının ildönümü qeyd olunur. Oktyabrın 18-i isə Çində Kommunist partiyasının XIX qurultayı öz işinə başlayır.

Cənubi Koreya televiziyasının məlumatına əsasən, bu müddət ərzində Pxenyanın “hərbi təxribat” törətmək ehtimalı böyükdür.

Bununla əlaqədar olaraq cənub koreyalı və bölgədə olan ABŞ-lı hərbçilər döyüş hazırlığı səviyyəsini yüksək olaraq saxlayır./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar