Şimali Koreyada ABŞ vətəndaşı saxlanılıb
23.04.2017 738 0.0 0

Bu həftə Koreya Xalq Demokratik Respublikasında bilinməyən səbəbdən Koreya əsilli ABŞ vətəndaşı həbs olunub.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bu iddia ilə hökumət mənbələrinə istinadən "Yonhap" agentliyi çıxış edib.

Qeyd olunur ki, təqribən 50 yaşı olan Kim soyadlı kişi ölkədən uçmağa hazırlaşdığı Pxenyan hava limanında saxlanılıb. Həmçinin məlumdur ki, amerikalı əvvəllər Çinin Yanbyan-Koreya muxtar dairəsindəki universitetlərdən birində dərs deyib. O, KXDR-də humanitar yardım həyata keçirən müxtəlif proqramlarda iştirak edib.

Bu, son bir neçə ildə Şimali Koreyada saxlanılan artıq 3-cü Amerika vətəndaşıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar