Şimali Avropa Rusiyaya qarşı çıxdı-bəyənat yayıldı
10.04.2015 723 0.0 0

Danimarkanın, İslandiyanın, Norveçin, Finlandiyanın və İsveçin müdafiə nazirləri Rusiyanı Avropa təhlükəsizliyi üçün ən böyük problem adlandırıblar.

Məlumata görə, bu barədə Avropanın 5 şimal ölkəsi birgə rəsmi bəyanat yayıb.

Sənəddə deyilir ki, Avropa Rusiyaya görə mümkün böhranlara və hadisələrə hazırlaşmalıdır: "Rusiya liderləri nümayiş etdirdilər ki, siyasi hədəflərinin nailiyyəti üçün hərbi metodların,- hətta əgər bu halda beynəlxalq hüquq prinsiplərini pozulacaqsa belə,- praktik və effektiv tətbiqinə getməyə hazırdır."

Müdafiə nazirləri Rusiyanın Baltik regionunda hərbi və kəşfiyyat fəallığının artdığından narahatlığını bildirib, Moskvanın bu addımına qarşı həmrəylik nümayiş etdiriblər: "Rusiya silahlı qüvvələri bizim sərhədlərimiz boyu ciddi hərbi hərəkətlərə əl atır. Bir neçə dəfə Baltik ölkələrinin sərhədlərinin pozulması hadisəsi qeyd alınıb. Bəyanatın imzalanması Ukraynada baş verən hadisələrlə bağlıdır. Şimali Avropa ölkələri əmindir ki, hansı Baltik dövlətində rus diasporası yaşayır, həmin ölkəni Rusiya hərbi müdaxilə ilə hədələyə bilər."

Beş nazir Rusiyanın hərəkətlərini Avropanın təhlükəsizliyi üçün qorxulu hərəkət adlandırıb və deyiblər ki, Şimali Avropa ölkələrinin daha sıx əməkdaşlığı və Baltik dövlətləri ilə həmrəylik regionda təhlükəsizlik tədbirlərini yüksəldə bilər.

Norveç Müdafiə Nazirliyi bildirib ki, yaxın günlərdə bu sənəd Skandinaviya ölkələrinin bütün aparıcı qəzetlərində dərc ediləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar