Silessen karyerasını `Valensiya`da davam etdirəcək
27.06.2019 552 0.0 0

"Barselona" futbol komandasının qapıçısı Yasper Silessen karyerasını "Valensiya"da davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Katalon klubunun rəsmi saytı məlumat yayıb.

Qeyd edilir ki, "yarasa"lar oyunçunun transferi üçün 35 milyon avro ödəyəcəklər. Silessen "Barselona"ya 2016-cı ilin yayında "Ayaks"dan keçib. Onun transferi katalon klubuna 3 milyon avroya başa gəlib.

Qapıçı klubda 32 oyunda iştirak edib və qapıdan 25 top buraxıb. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar