Silahlı hücuma məruz qalan məşhur müğənni ölüb
11.06.2016 1433 0.0 0

ABŞ-da məşhur müğənni Kristina Qrimmi silahlı hücum zamanı aldığı güllə yaralarından ölüb.

 

Məlumata görə, bu barədə Orlando polisinin "Twitter" hesabında məlumat verilib.

 

"Dərin təəssüf hissi ilə bildiririk ki, müğənni Kristina Qrimmi aldığı güllə yaralarından dünyasını dəyişib", - deyə məlumatda bildirilir.

 

Məlumat üçün bildirək ki, ABŞ-ın Florida ştatında naməlum şəxs konsertdən sonra müğənniyə atəş açaraq daha sonra özünü öldürüb.

 

 "NBC News"-a istinadən verilən məlumata görə, hadisə Orlando şəhərində baş verib. Kristina Qrimmi adlı müğənni və “Before You Exit” adlı musiqi qrupunun üzvləri konsertdən sonra avtoqraf paylayarkən həmin şəxs müğənniyə atəş açıb.

 

K. Qrimminin qardaşı atəş açan şəxsi tutmağa çalışsa da aralarındakı insident zamanı həmin şəxs özünü güllələyib və hadisə yerinə ölüb. Müğənninin vəziyyəti ağırdır.

 

Hadisəni törədən şəxsin kimliyi və hadisənin motivi hələlik müəyyənləşdirilməyib.

/apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar