Şiə məscidini İŞİD partladıb
23.05.2015 1023 0.0 0

Səudiyyə Ərəbistanındakı terror aktının altından İŞİD-in adı çıxdı.

Məlumata görə, İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanının şərqindəki Əl-Kadih qəsəbəsində törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə “Reuters” xəbər yayıb. 

Xəbərdə bildirilir ki, şiələrin toplaşdığı məsciddə baş verən partlayışı İŞİD qruplaşması üzvlərindən birinin həyata keçirdiyi haqda məlumat yayıblar. 

Qeyd edək ki, ötən gün kamikadze tərəfindən törədilən partlayış nəticəsində cümə namazında olan 150 nəfərdən 20-i ölüb, 50-dən çoxu isə xəsarətlərlə xilas ola bilib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar