Əsgərlər niyə buraxılmır?
08.07.2015 894 0.0 0

"Həqiqi hərbi xidmət müddətini başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılmaması haqqında yayılan məlumatlar düzgün deyil".

Məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəis müavini Novruzəli Orucov deyib.

Rəis müavini bildirib ki, iyulun 1-dən başlayaraq prezidentin sərəncamına uyğun olaraq ayrı-ayrı hərbi hissələrdə hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılıb. Novruzəli Orucovun sözlərinə görə, iyulun 1-dən 30-dək həm hərbi xidmətə çağırış, həm də ehtiyata buraxılma prosesi həyata keçirilir:

"Gənclərin orduya marağı çox böyükdür. Orduya çağırışdan yayınma halları demək olar ki, yoxdur", - deyə SHXÇDX rəis müavini əlavə edib.

Dövlət başçısı mayın 29-da Azərbaycan vətəndaşlarının 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. 

 

Lakin bəzi hərbi qulluqçuların təxrisinin bir neçə gün ləngiməsi narahatlıq doğurmuşdu. 

Sərəncamda deyilir: 1. 1997-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1980-1996-cı illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2015-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2015-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsün"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar