Seyran Ohanyan KTMT-nın baş katibi olmayacağını bildirib
17.09.2016 489 0.0 0

Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Seyran Ohanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi olmayacağını bəyan edib.
 
"news.am" saytına istinadən verilən məlumata görə, S. Ohanyan bildirib ki, hökumətdə baş verən dəyişikliklər hamı kimi, ona da təsir edə bilər.
 
"O ki qaldı mənim KTMT-nın baş katibi təyin olunacağıma, belə təklif olmayıb. Bu gün mən müdafiə nazirinin səlahiyyətlərini icra edirəm və hansısa beynəlxalq strukturda çalışmaq niyyətim yoxdur", - deyə o bildirib.
 
S. Ohanyan belə bir təklif olarsa, birmənalı imtina edəcəyini də vurğulayıb.
 
Qeyd edək ki, KTMT-nın hazırkı baş katibi Nikolay Bordyuja bir müddət əvvəl verdiyi açıqlamasında təşkilatın yeni baş katibinin bu il oktyabrın 14-də İrəvanda keçiriləcək iclasında müəyyənləşəcəyini, xələfinin isə Ermənistan təmsilçisi olacağını bildirib.
 
"İnterfaks" agentliyi isə sentyabrın 11-də öz mənbələrinə istinadən KTMT-nın yeni baş katibinin Seyran Ohanyan ola biləcəyi barədə xəbər yayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar