Serj Sarqsyan Rusiyanın qatı əleyhdarına vəzifə verəcək
03.03.2017 649 0.0 0

 Ermənistan prezidenti Serj Sarqsyan Rusiya əleyhinə sərt çıxışları ilə tanınan sabiq xarici işlər naziri, deputat Aleksandr Arzumanyana vəzifə verəcəyini boyun olub.

“Report”un məlumatına görə, bunu Ermənistan KİV-i yazıb. 

Xəbərə görə, A.Arzumanyan hələlik ictimaiyəti yeni vəzifəsi barədə məlumatlandırmağa tələsmir.

Mətbuat ona ciddi diplomatik postun veriləcəyini yazıb. 

Qeyd edək ki, hazırda parlamentin deputatı olan Aleksandr Arzumanyan Levon Ter-Petrosyanın prezidentliyi dövründə xarici işlər naziri olub.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar