Serj Sarkisyan Müdafiə Nazirliyində müşavirə keçirib
18.12.2015 548 0.0 0

Ermənistan Müdafiə Nazirliyində prezident Serj Sarkisyanın iştirakı ilə müşavirə keçirilib.
 
“news.am” saytına istinadən verilən xəbərə görə, Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, baş nazir, müdafiə və maliyyə nazirləri, eləcə də digər yüksək vəzifəli şəxslərin iştirak etdiyi müşavirədə 2014 -2015-ci illər üçün Strateji Müdafiə İcmalının nəticələri açıqlanıb.
 
Toplantıda həmçinin 2016 -2020-ci illər üçün Ermənistan Silahlı Qüvvələrinin İnkişaf Planı, Silahlanma və hərbi texnikanın inkişafı proqramları müzakirə olunub.
 
S. Sarkisyan Strateji Müdafiə İcmalının yekunlarının həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar