Serbiyalı biznesmen İngiltərə klubunu alıb
05.01.2022 381 0.0 0

Serbiyalı biznesmen Draqan Şolak İngiltərənin "Sautgempton" klubunun səhmlərə nəzarət zərfinin 80 faizini əldə edib.

Klubun rəsmi saytına istinadən verilən məlumata görə, daha 20 faizlik hissə xanım minoritar sahibkar olan Katarina Libherrdə qalıb. Baş direktor Martin Simens də işini davam etdirəcək.

Qeyd edək ki, "Sautgempton"un əvvəlki sahibi Qao Çişen klubu 2017-ci ildə almışdı. Hazırda klub Premyer Liqada 19 oyundan 21 xalla 14-cü yerdə gedir./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar