Separatçılar geri çəkildi
25.02.2015 682 0.0 0

Ukraynanın şərqində Rusiya meyilli separatçılar atəşkəsin şərtlərinə uyğun olaraq cəbhə xəttindən ağır silahların çıxarıldığını bəyan edib.

Məlumata görə, bu haqda separatçıların komandiri Eduard Basurun xəbər verib.

Lakin xəbər bir sıra mənbələr tərəfindən hələ təsdiq edilməyib.

Ukraynanın ordu rəsmiləri isə döyüşlərə ara verilmədiyi üçün ön cəbhədən silahları geri çəkməyəcəyini bəyan edib.

Rəsmi Kiyev üsyançıların Mariupol və Debalstsevo yaxınlığında hücumları davam etdirdiyini bildirib.
Zorakılıqlar fevralın 15-də qüvvəyə minən atəşkəs razılığının döyüşlərə son qoyacağını şübhə altına alır. Son 10 ay ərzində qarşıdurmalar səbəbi ilə 5600 insan həlak olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar