Sekutadan Qələbə mesajı
09.05.2015 703 0.0 0

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta faşizm üzərində Qələbənin 70 illiyi münasibəti ilə ismarış yayıb. 

Səfirlikdən verilən məlumata görə, Sekuta mesajında qeyd edib ki, həftənin əvvəlində Azərbaycanın İkinci Dünya Müharibəsində qələbəyə verdiyi töhfələrdən bəhs edən “Bakı Hədəfdir: Hitler Neft Uğrunda Müharibəni Necə Uduzdu” sənədli filminin ilkin nümayişində iştirak edib. 

"Müxtəlif mənbələrdən yararlanaraq ərsiyəyə gətirilən bu film çox maraqlı idi və qələbənin Azərbaycanda daxil olmaqla müxtəlif müttəfiqlər tərəfindən verilən töhfələrin sayəsində mümkün olduğunu xatırladır. Yetmiş il bundan öncə baş verən olaylar barədə düşünərkən aydın görürük ki, Qələbə Günü gücün triumfu deyil, məhz transatlantik icmaların səylərinin cəmləşməsi sayəsində Avropada sülh, rifah və sabitlik erasının zəfəridir". 

Səfir qeyd edib ki, Birləşmiş Ştatlar bu kimi əlaqələri və ümumi ideyaları dərindən dəyərləndirir, onları gələcəkdə də inkişaf etdirməyə hazırdır. 

"Bu gün biz cəmləşmiş müttəfiqlər tərəfindən verilən qurbanları xatırlayırıq və bizim valideyinlərimiz, baba və nənələrimizin təhlükəli, çağırışlı dövrdə etdikləri mühüm işləri yadımıza salırıq. Bu sırada Azərbaycanda daxil olmaqda hazırda transatlantik icmanın suveren üzvləri olan keçmiş Sovet respublikaları da var"./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar