Saxta pul çap edən şəxslər saxlanılıb
25.12.2021 356 0.0 0

Mingəçevirdə saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin yaydığı məlumata görə, dekabrın 23-də iki nəfər taksi sürücüsünə və çörək sexinə 20 manatlıq saxta əskinaslar verilib.

Saxta pulları dövriyyəyə buraxmaqda şübhəli bilinən Bərdə rayon sakini Şamil Musayev və Ağdam şəhər sakini İlahə Məmmədova saxlanılıb.

İ.Məmmədovanın Mingəçevir şəhərində kirayədə yaşadığı mənzilə baxış keçirilən zaman oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5, 1 manatlıq saxta əskinaslar aşkarlanaraq maddi sübut kimi götürülüb.  

Araşdırma zamanı məlum olub ki, Ş.Musayev printer vasitəsilə saxta pulları çap etdikdən sonra onları İlahə ilə öz arasında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əskinasları təqdim ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar