Sarkisyana tüpürdülər
11.03.2015 772 0.0 0

Serj Sarkisyanı başdan eləyiblər. Rusiya, Belarus və Qazaxıstan başçılarının sabah Astanada başlayan görüşü barədə xəbərdən sonra rahatlıqla bu nəticəyə gəlmək olar. Avrasiya İttifaqını təsis etmiş ölkələrin liderləri Ermənistan prezidentini görüşə dəvət etməyi lazım bilməyiblər. 

Yada salaq ki, Cənubi Qafqaz respublikası yeni ittifaqın tam hüquqlu üzvüdür. Rəsmi statistika bildirir ki, məhz Avrasiya İttifaqına girdikdən sonra Ermənistan iqtisadiyyatında tamamilə mənfi meyllər qeydə alınıb. İxracat kəskin azalıb, sərmayələr aşağı düşüb. Əmək miqrantlarının ailələrinin dolanması üçün Rusiyadan göndərdikləri pul köçürmələri də önəmli səviyyədə zəifləyib.

Ermənistan Mərkəzi Bankının keçmiş sədri Baqrat Asatryan üç dövlətin başçısının Astanada keçiriləcək görüşünü belə şərh edib: "Hər şey çox pisdir. İqtisadiyyatın tənəzzülü davam edir, çünki bizim ölkə Avrasiya İttifaqının boynunda yükdür. Məhz buna görə Serj Sarkisyanı Astanaya dəvət etməyiblər", - deyə o vurğulayıb. 

"Artıq çoxdan bəllidir ki, sənin əvəzinə qərar qəbul edirlər və bu zaman sənin özündən heç nə soruşmurlar",- deyə Asatryan bildir. 

Yerli ekspertlər düşünürlər ki, Serj Sarkisyanın bu görüşə dəvət edilməməsi onun imicinə ciddi zərbədir. Amma yerli erməni hazırcavablar deyirlər ki, Ermənistan prezidentinin reytinqi artıq çoxdan quyunun dibinə düşüb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar