Sarkisyan naziri işdən çıxardı
20.09.2016 503 0.0 0

Ermənistanın nəqliyyat və rabitə naziri vəzifəsindən kənarlaşdırılıb. APA TV-nin erməni mətbuatına istinadən xəbərinə görə, bu barədə Serj Sarkisyan sərəncam imzalayıb.

Qagik Beqlaryanın yerinə isə Vaan Martirosyan gətirilib. Onun nazir postuna təyin edilməsi ilə bağlı sərəncam da imzalanıb.

Qeyd edək ki, Qagik Beqlaryan 2014-cü ilin aprelindən nazir postunu tutub. Onun hazırkı baş nazir Karen Karapetyanla münasibətlərinin yaxşı olmadığı bildirilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar