Salyanda avtomobil iki piyadanı vurub, 10 yaşlı oğlan ölüb
19.10.2017 772 0

Salyan rayonunda avtomobil iki piyadanı vurub.
Məlumata görə, şəhər mərkəzində qeydə alınan hadisə nəticəsində bir azyaşlı ölüb, bir nəfər isə ağır xəsarət alıb. Ölən 10 yaşlı Ayxan Fazil oğlu Əhmədovdur. Eyni avtomobillə vurulan 1998-ci il təvəllüdlü Cavid Ehtiram oğlu Abdullayev isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəsarət alan gənci xəstəxanaya hadisəni törədən sürücünün çatdırdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır./apa/
Digər xəbərlər:
Şərhlər