Salyan sakini balta ilə qətlə yetirilib
05.09.2016 507 0.0 0

Salyan rayonunda qətl hadisəsi baş verib.

Qazeta.info “Report”un məlumatına əsasən bildirir ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Tale Davudzadə küçəsində yaşayan Elçin Eldar oğlu Babayev naməlum şəxs və ya şəxslər tərəfindən başından aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar