Şakira fanatlarını belə sevindirdi
09.09.2015 453 0.0 0

 

İki uşaq anası məşhur müğənni Şakira kiçik oğlu Saşanın görüntülərini fanatlarına təqdim edib. 

Məlumata görə, Şakira şəxsi instaqram səhifəsində kiçik oğlu Saşanın şəkillərini paylaşıb.

Şakira deyir ki, onun üçün ailəsi və yaradıcılığı çox vacibdir. Müğənni əlavə edib ki, iki uşaq böyütmək və eyni anda mahnı yazdırmaq ona çətindir. Buna baxmayaraq, Şakira hər iki məsuliyyətli işin öhdəsindən gələ biləcəyinə inanır.

Şakira deyir ki, o gücünü və ilhamını öz sevimli həyat yoldaşı və uşaqlarından alır. Müğənni tanınmış futbolçu Jerar Pike ile 2010-cu ilin yazında tanış olublar. 

Jerar hətta Şakiranın «Waka Waka (This Time for Africa)», və futbol üzrə dünya çempionatlna həsr olunan klipində də iştirak edib.

 

 


Şakiranın «Waka Waka (This Time for Africa)» klipi

Cütlüyün 2013-cü ildə yanvarın 22-də Milan adlı oğlu dünyaya gəlib. Şakira ilə Jerarın kiçik oğlu Saşa isə bu ilin yanvarın 29-da anadan olub.

 

Jerar Pike oğulları Milan və Saşa ilə. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar