Sakinlərin diqqətinə: Bu rayonda qaz olmayacaq
16.08.2017 818 0.0 0

Bakı şəhəri Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

Qazeta.info “Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən bildirir ki, Qaz xətlərinin kipliyə sınaq olunması ilə əlaqədar, 16 avqust 2017-cı il tarixdə saat  10-00 dan  17-00 dək  Xətai rayonunun Babək prospektində, həmçinin Yusif Səfərov və Əbilov küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyi yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar