Sabunçu xəstəxanasından dəhşətli görüntülər - VİDEO
29.08.2016 1594 0.0 0

Xəstəxana yoxsa qəssabxana?

Bıçaqlanan kişiyə deyirlər get növbəyə dur, polis çağırırlar, o da yaralını qanı axa-axa şöbəyə aparır

Son günlərdə mətbuatın gündəmində səhiyyədə yaranan problemlər geniş yer alıb. Həkim səhvindən həyatını dəyişən xəstələr, yanlış diaqnoz, səhv müalicələr və s…

Ancaq bununla bərabər bəzi xəstəxanalarda insanlarla kobud rəftar edilir, onlar xəstəxanadan uzaqlaşdırılır. Sabunçu xəstəxanasında xəstələrə qarşı laqeydlik və kobud davranışlar bir müddət öncə də gündəmə gəlmişdi. Avqustun 28-də blogger Mehman Hüseynov həmin xəstəxanada müşahidə apararaq, gördüklərini video lentə alıb. 

Bloggerin sözlərinə görə, o dünən ( red- 28 avqust) Sabunçu xəstəxanasında olub. Ancaq bura xəstəxana yox, insanlar üçün cəhənnəmdir: “Bildiyiniz qəssabxanadır. Orda insanları bilə-bilə öldürürlər, iynə vurub yatızdırırlar. Həmin xəstəxanada 5 dəqiqə qaldım. Və 5 dəqiqə mənə orda nə hoqqalardan çıxıldığını görməyə bəs etdi. Sabunçu qəssabxanasında insan heç bir dəyər verilmir. İnsanlarla heyvan kimi davranırlar. Sanki ora gələnlər insan, yox heyvandırlar. Həmin xəstəxanaya bıçaqlanan, ağır vəziyyətdə gələnləri xəstəxanadan qovublar, uzaqlaşdırıblar. Açıq şəkildə bildiriblər ki, biz sizə baxmırıq. Bunların canlı şahidi olmuam. Pul verirsənsə  sənə baxırlar, vermirsənsə baxmırlar. Təsəvvür edin, ora bıçaqlanan bir adam gəlir və yalvarır ki, onun həyatını xilas etsinlər. Lakin həkimlər, tibb bacıları ona bildirdilər ki, get növbəni gözlə, növbəyə dur. Adam qan içində ölür, ona deyirlər ki, get çay iç, dincəl sənə baxarıq. Həmin müddətdə həkimlər polis çağırırlar. Gələn polis isə bıçaqlanan insanı heç bir tibbi müayinə olmadan polis bölməsinə aparırlar”.

M.Hüseynov deyir ki, həmin xəstəxanada həkimlər, polislər insana pul mənbəyi kimi baxırlar: “Xəstəxanaya bir yaşlı kişi gəldi. O da başladı yalvarmağa ki, bədənində olan dözülməz ağrılara görə ona yardım göstərsinlər. Yenə həmin xəstəxananın işçiləri xəstəyə növbəyə dur deməyiblər. Əvəzinə “dur, cəhənnəm ol burdan” deyiblər. Təsəvvür edin, xəstəxanaya gələn xəstəyə bizim həkimlər belə deyirlər. Həmin insan başlayır ağlamağa, yalvarmağa. Görünür, həmin insan ağrılara dözə bilmir. Ancaq xəstəxananın içşiləri gəlib onu döyürlər və xəstəxanadan çıxardırlar”. 

Blogger gördüklərindən dəhşətə gələrək hadisəyə müdaxilə etməyə çalışıb. Həmçinin o baş verənləri video lentə də alıb. Ancaq xəstəxana işçiləri M.Hüseynovun üzərinə düşərək onu xəstəxanadan uzaqlaşdırmağa çalışıblar və polis çağırıblar. /bizimyol.info/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar