Sabiq prezident həbs olunur
19.06.2015 577 0.0 0

Pakistan məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verib.

Məlumata görə, sabiq prezident 2007-ci ildə Pakistanın paytaxtı İslamabadda Qırmızı məscidə hücum zamanı din xadimi Əbdül Rəşid Qazinin qətlində ittiham edilir.

O bu il iyulun 24-də məhkəmə qarşısına çıxmalıdır.

Qeyd edək ki, məscidə hücum zamanı 90 tələbə və təhlükəsizlik qüvvələrinin 11 əməkdaşı həlak olmuşdu./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar