Sabah Türkiyədə Konstitusiya dəyişikliyi ilə bağlı referendum keçiriləcək
15.04.2017 779 0.0 0

Aprelin 16-da  Türkiyədə Konstitusiya dəyişikliyi ilə əlaqədar referendum keçiriləcək.

 

Məlumata görə, səsvermə ölkənin əksər bölgələrində yerli vaxtla 08.00-17.00 arasında baş tutacaq. Türkiyənin şərqində  və Qara dəniz bölgələrində isə səsvermə yerli vaxtla saat 07.00-da başlayıb, 16.00-da bitəcək.

 

Ölkə xaricində yaşayan Türkiyə vətəndaşları artıq səs veriblər. Həmin səslər ölkədə ümumxalq səsverməsinin nəticələri ilə eyni vaxtda açıqlanacaq. 

 

Referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfər çıxarılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir. 

 

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP), Milliyyətçi Hərəkat Partiyası dəyişikliyi dəstəkləsə də, Cümhuriyyət Xalq Partiyası (CHP) bunun əleyhinədir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar