Sabah bu ərazilərdə qaz olmayacaq
19.09.2017 728 0.0 0

Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

Qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş diametri 315mm-lik polietilen qaz xəttinin mövcud qaz mənbəyinə qoşulması və diametri 530mm-lik siyirtmənin dəyişdirilməsi  ilə əlaqədar 20 sentyabr 2017-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonu Xırdalan şəhərinin,həmçinin Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Qazeta.info “Azəriqaz” İstehsalat Birliyinin məlumatına əsasən bildirir ki, aparılan təmir işlərinin Binəqədi rayonu 6,7,8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Biləcəri və Xutor qəsəbələrinin eləcə də Motodrom ərazisində bir hissəsinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Görülən işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcəkdir.Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar