Sabah bu ərazilərdə qaz olmayacaq
02.08.2016 1025 0.0 0

Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, təbii qazın verilməsi ilə əlaqədar Xətai rayonu G.Şıxlinski küçəsindəki yaşayış binasına cəkilmiş qaz kəmərinin qoşulması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması məqsədi ilə avqustun 3-də   saat 9:00-dan 18:00-dək Xətai rayonunun Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, Mehmandarov, Gəncə prospekti və Zığ yolu ərazisində,həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq./bizimyol.info/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar