Sabah bu rayonlarda təbii qaz olmayacaq
06.10.2015 653 0.0 0

Abşeron, Hacıqabul, Siyəzən və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq 

                               
                               
Qazeta.info  SOCAR-a istinadla bildirir ki, oktyabrın 7-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Təzə Qanlı Göl”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Siyəzən magistral qaz kəmərləri sahəsinin “Quba” və “Xaçmaz”, eləcə də Qazax magistral qaz kəmərləri sahəsinin “Xoşbulaq” qazpaylama stansiyalarında, həmçinin bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonunun Muğan və Udulu, eyni zamanda Daşkəsən rayonunun Xoşbulaq kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Yasamal və Səbail rayonlarının, eləcə də Quba və Xaçmaz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar