Sabah bu rayonlarda təbii qaz məhdudlaşdırılacaq
26.05.2015 692 0.0 0

Bəzi rayonların qaz təchizatında məhdudiyyətlər olacaq
                               
                               
Qazeta.info SOCAR-a istinadla bildirir ki, mayın 27-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Atbulaq”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Goranboy” və “Zaqatala”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Ağcabədi”, Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Xızı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Avrora” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Hacıqabul rayonunun Atbulaq, Lənkəran rayonunun Gərmətük, Aşağı Nüvədi, Bürcəli, Mamusta, Viyən, Kənarmeşə və Şürük kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Ağcabədi, Bərdə, Naftalan, Goranboy və Xızı rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar