Sabah bu rayonlarda qaz olmayacaq
08.12.2016 1415 0.0 0

Astara magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.     
Qazeta.info SOCAR-ın məlumatına əsasən bildirir ki, dekabrın 9-da saat 09:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Sabirabad”, “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir işlərinin Saatlı, İmişli və Sabirabad rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar