Sabah bu rayonlarda qaz olmayacaq
13.10.2016 944 0.0 0

Abşeron, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.


Qazeta.info SOCAR-a istinadla xəbər verir ki, oktyabrın 14-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Novxanı” və “Mehdiabad”, Ağdaş Magistral qaz kəmərləri sahəsinin “Yevlax-1”, Astara Magistral qaz kəmərləri sahəsinin “Yardımlı” və “Əngəvül” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Abşeron rayonunun Novxanı və Mehdiabad qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Yardımlı rayonunun və Yevlax şəhərinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar